Qarabağ Universiteti: Heç bir tələbə qovulmayıb

Qarabağ Universiteti: Heç bir tələbə qovulmayıb
23.11.2026 20:16 Elm və Təhsil

Qarabağ Universitetindən heç bir tələbə qovulmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, tələbələr arasında mübahisə Qarabağ Universitetindən kənarda baş verib:

"Hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib və məsələ ilə əlaqədar heç bir tələbə universitetindən qovulmayıb".

Qeyd edək ki, bəzi media subyektlərində Qarabağ Universitetinin iki tələbəsi arasında qısqanclıq zəminində dava baş verdiyi və onların hər ikisinin ali təhsil müəssisəsindən qovulduğu barədə məlumat yayılmışdı.

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər