Ermənistan 13 ölkədəki səfirini və NATO nümayəndəsini geri çağırdı

Ermənistan 13 ölkədəki səfirini və NATO nümayəndəsini geri çağırdı
23.11.2026 22:31 Dünya

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ölkənin bəzi dövlətlərdə və təşkilatlarda, o cümlədən NATO yanında fəaliyyət göstərən səfirlərinin geri çağırılması ilə bağlı fərmanlar imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə sənədlər övlət başçısının rəsmi saytında dərc olunub.

Sənədlərə əsasən, Ovanes Virabyan Ermənistanın Argentina, Çili və Perudakı səfiri vəzifəsindən, Anait Arutyunyan respublikanın Kanada, Kuba, Dominikan Respublikası və Yamaykadakı səfiri vəzifəsindən, Tiqran Mrtçyan Ermənistanın Yunanıstan və Albaniyadakı səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin fərmanı ilə Tsovinar Ambartsumyan Ermənistanın Bolqarıstan və Şimali Makedoniyadakı səfiri vəzifəsindən, Arman Akopyan respublikanın İsraildəki səfiri vəzifəsindən, Viktor Biyagov Ermənistanın Niderlanddakı səfiri və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı yanında respublikanın daimi nümayəndəsi vəzifəsindən, Arman İsraelyan isə Ermənistanın NATO yanında missiyasının rəhbəri vəzifəsindən geri çağırılıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər