"Flydubai" İsrailə qayıdır, lakin... - Reyslər niyə azaldıldı?

"Flydubai" İsrailə qayıdır, lakin... - Reyslər niyə azaldıldı?
23.11.2026 21:44 Dünya

BƏƏ-nin “Flydubai” aviaşirkəti təyyarəsinin göyərtəsində baş vermiş təhlükəsizlik insidentindən sonra dayandırdığı İsrailə uçuşları dekabrın əvvəlində bərpa edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin 12-ci televiziya kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, noyabrın 23-də İsrailin Nəqliyyat Nazirliyində “Flydubai”nin İsrailə qayıtması planının müzakirə olunduğu müşavirə keçirilib. Telekanal qeyd edir ki, uçuşların sayı dayandırılmadan əvvəlki dövrlə müqayisədə daha az olacaq və həftədə 42 reysədək təşkil edəcək.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər