Moldova kişilər üçün məcburi hərbi təlim tətbiq edir

Moldova kişilər üçün məcburi hərbi təlim tətbiq edir
23.11.2026 19:32 Dünya

Moldova hakimiyyəti 55 yaşınadək kişiləri məcburi hərbi hazırlıq keçməyə cəlb etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyi tərəfindən hazırlanmış qanun layihəsində bildirilib.

“Müddətli hərbi xidmət keçməmiş 18-55 yaş arası kişilər 42 günədək davam edən hərbi hazırlıq keçməlidirlər”, – deyə qeyd olunub.

Sənəd, həmçinin hərbi ehtiyat qüvvələrinin yenidən təşkilini və təhsil müəssisələrində “Vətənpərvərlik tərbiyəsi” adlı fakultativ fənnin tətbiqini nəzərdə tutur. Müdafiə Nazirliyi bu tədbirlərin tətbiqini regional təhlükəsizliyin pisləşməsi və Ukraynada hərbi əməliyyatların davam etməsi ilə izah edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər