Huang "Nvidia"ya qayıtdı, səhmlər 31 faiz bahalaşdı

Huang "Nvidia"ya qayıtdı, səhmlər 31 faiz bahalaşdı
23.11.2026 20:36 Dünya

Amerikanın Nvidia şirkətinin səhmləri Direktorlar Şurasının Censen Huangı baş icraçı direktor vəzifəsinə bərpa etmək qərarından sonra 31 faizdən çox bahalaşıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Huangın vəzifəsinə qayıtmasından sonra investorlar bütün süni intellekt sektorunun perspektivlərinə münasibətlərini də yenidən nəzərdən keçiriblər. Ticarətin əvvəlində Nasdaq indeksi təxminən 6 faiz, S&P 500 isə təxminən 4 faiz artıb.

Analitiklər bu artımı Nvidia rəhbərliyi və şirkətin süni intellekt çiplərinin gələcək tədarükü ilə bağlı qeyri-müəyyənliyin azalması ilə əlaqələndiriblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər