Rus gəmilərinə hücumun izi Albaniyaya aparır? Tiranadan AÇIQLAMA

Rus gəmilərinə hücumun izi Albaniyaya aparır? Tiranadan AÇIQLAMA
23.11.2026 20:44 Dünya

Albaniya ərazisindən Rusiyanın gəmilərinə hücum edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

TodayPress TV xəbər verir ki, bu barədə Albaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 22-də Liviyanın Benqazi sahillərində Rusiyaya məxsus gəmilərə endirilən zərbələrin Albaniya ərazisindən həyata keçirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.

Nazirlik vurğulayıb ki, Albaniya heç bir hücumda iştirak etməyib və öz ərazisindən hər hansı tərəfin hücum məqsədilə istifadə etməsinə icazə verməyib.

Albaniya tərəfi bu cür həssas məsələlərlə bağlı məlumat yayanları dəqiqliyə, ehtiyatlılığa və məsuliyyətə çağırıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər