Hər 5 saatda bir ölümcül silah: Rusiyanın planı nədir?

Hər 5 saatda bir ölümcül silah: Rusiyanın planı nədir?
23.11.2026 23:03 Dünya

Rusiya hər beş saatdan bir ballistik raket istehsal edir və istehsalın həcmini artırır.

TodayPress TV xəbər verir ki, Ukraynanın müdafiə naziri Xmara bu barədə Berlində NATO Parlament Assambleyasının iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ötən ay Rusiya ordusu Ukraynaya qarşı 153 ballistik raketdən istifadə edib. Ukrayna kəşfiyyatının məlumatına əsasən, oktyabr ayına olan vəziyyətə görə, Rusiyanın arsenalında 700-dək ballistik və minlərlə qanadlı raket olub.

Xmara qeyd edib ki, Rusiyanın istehsal gücü ayda 110-dək ballistik raket buraxmağa imkan verir.

Nazir əlavə edib ki, son aylarda Ukrayna Rusiya ordusuna məxsus 16 “İsgəndər” və S-400 kompleksini vurub.

Kiyev Rusiyanın silah istehsalı imkanlarını zəiflətmək istiqamətində fəaliyyətini davam etdirir. Eyni zamanda, Ukrayna ballistik raket hücumlarından müdafiə üçün daha çox rakettutan sistem əldə etməyə çalışır.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər