Yəməndə bir neçə cəbhədə şiddətli döyüşlər gedir

Yəməndə bir neçə cəbhədə şiddətli döyüşlər gedir
23.11.2026 19:11 Dünya

Yəməndə bir neçə cəbhədə hərbi gərginlik davam edir.

TodayPress TV xəbər verir ki, Taiz, Marib, əl-Cövf və Ləhc vilayətlərində hökumət qüvvələri ilə husilər arasında döyüşlər baş verdiyi bildirilir.

Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin hərbi sözçüsü qüvvələrinin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava dəstəyi ilə 639 hədəfə zərbələr endirdiyini açıqlayıb.

Onun sözlərinə görə, əməliyyatlar 24 hava hücumunu, 560 artilleriya zərbəsini, 28 reaktiv yaylım atəşi sistemindən hücumu və 27 pilotsuz uçuş aparatı əməliyyatını əhatə edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər