Berlin Moskva ilə “sülh körpüsü” qurmağa hazırdır – Merts bəyan etdi
Almaniya kansleri Fridrix Merts Avropanın Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Rusiya ilə danışıqlara hazır olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Berlində NATO-nun baş katibi Mark Rutte ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.
“Əlbəttə, Avropa Rusiya ilə danışıqlar aparmağa hazırdır. Yaxın vaxtlarda Ukrayna, Rusiya, Avropa və ABŞ formatında müşavirlər səviyyəsində növbəti sülh danışıqları keçirilməlidir. Bu, məsələn, yenidən Əbu-Dabidə baş tuta bilər. Ümid edirik ki, Rusiya tərəfi də ABŞ-la razılaşdırılmış bu danışıqlarda iştirak etməyə hazırdır”, – deyə Merts bildirib.