“İsrailin gələcəyi təhlükə altındadır” - Netanyahu təcili birlik çağırışı etdi
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin gələcəyi ilə bağlı məsələlərdə milli konsensusun əldə olunmasına çağırıb.
TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.
O bildirib ki, İsrailin ciddi təhlükələr qarşısında mövcudluğunu qoruması ölkə daxilində birlikdən asılıdır. Netanyahunun sözlərinə görə, ölkə vətəndaşlarının böyük əksəriyyəti milli birlik hökumətinin yaradılmasını istəyir.
Baş nazir vurğulayıb ki, İranla bağlı təhlükələri siyasi məqsədlərlə kiçiltməyə çalışanlar vəziyyətin ciddiliyini nəzərə almırlar.
Netanyahu İsrailin yəhudi xalqının milli dövləti kimi qəbul edilməsi, Fələstin dövlətinin yaradılmaması və digər mühüm məsələlər ətrafında razılığa gəlməyin vacibliyini qeyd edib.
O, həmçinin terrorizmi dəstəkləyən qüvvələrdən asılı olan hökumətin terrorla effektiv mübarizə apara bilməyəcəyini bildirib. Baş nazir HƏMAS-ın “Nuxba” bölməsinin tərəfdarlarından asılı olan siyasi qüvvələrlə əməkdaşlığın İsrailin təhlükəsizliyi baxımından qəbuledilməz olduğunu vurğulayıb.
Kübra Musayeva