Moskvanı yeni sanksiyalar gözləyir: Avropa bu dəfə nələri qadağan etmək istəyir?

Moskvanı yeni sanksiyalar gözləyir: Avropa bu dəfə nələri qadağan etmək istəyir?
23.11.2026 20:25 Dünya

Avropa Komissiyası Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edib.

TodayPress TV xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin sözlərinə görə, yeni paketə 60 bankın daxil edilməsi, həmçinin kriptovalyutalara qarşı sanksiyalar üzrə xüsusi işçi qrupunun yaradılması təklif olunur.

Bundan əlavə, keçmiş rusiyalı hərbçilərə viza verilməsinin qadağan edilməsi, Avropa İttifaqı vətəndaşlarının Rusiya şirkətlərində işləməsinə məhdudiyyət qoyulması, eləcə də Rusiya komandaları və idmançılarının Aİ ərazisində keçirilən yarışlarda iştirakının məhdudlaşdırılması nəzərdə tutulur.

Sanksiyalar paketinin hazırlanması təxminən iki ay çəkib. Sənədin qüvvəyə minməsi üçün üzv ölkələrin səsverməsi ilə təsdiqlənməsi tələb olunur.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər