İran Hörmüz nümunəsi ilə xəbərdarlıq etdi: Zəngəzurla bağlı SƏRT MESAJ
İranın ali liderinin müşaviri Məhəmməd Müxbir TRİPP layihəsi ilə bağlı sərt açıqlama verib.
TodayPress TV xəbər verir ki, Müxbir sosial şəbəkə hesabında Ermənistan və ABŞ-nin TRİPP layihəsinin praktiki icrasına başlamasını şərh edib.
O bildirib ki, “saxta marşrutlar” heç vaxt “əsl dəhlizləri” əvəz edə bilməz. Müxbir bu kontekstdə istər İranın cənubunda, istərsə də şimalında yerləşən marşrutların, o cümlədən Hörmüz boğazı və TRİPP layihəsinin adını çəkib.
“İranın bölgədəki geosiyasi maraqları bizim qırmızı xəttimizdir və onların pozulmasına imkan verməyəcəyik. Hörmüz boğazının nümunəsindən dərs çıxarın”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Ermənistan və ABŞ TRİPP layihəsinin praktiki mərhələsinin başlandığını rəsmən elan ediblər.
Kübra Musayeva