Merzdən Avropaya XƏBƏRDARLIQ: Şərq cinahı gücləndiriləcək

Merzdən Avropaya XƏBƏRDARLIQ: Şərq cinahı gücləndiriləcək
23.11.2026 21:56 Dünya

Almaniya kansleri Fridrix Merz NATO ölkələrinin Baltik dənizində gərginliyin artırılmasında maraqlı olmadığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

O qeyd edib ki, bununla yanaşı, alyansın şərq cinahının müdafiə qabiliyyəti qorunmalı və gücləndirilməlidir.

Merzin sözlərinə görə, bu məsələ Brüsseldə bu həftə keçiriləcək Avropa İttifaqının sammitində müzakirə olunacaq. Müzakirələr zamanı Polşa və Avropanın cənub cinahındakı ölkələrlə yanaşı, Finlandiyanın təhlükəsizliyinin gücləndirilməsi də diqqət mərkəzində olacaq.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər