İki yeniyetmə cüdoçumuz tarixi yarışda tatamiyə çıxacaq

İki yeniyetmə cüdoçumuz tarixi yarışda tatamiyə çıxacaq
23.11.2026 20:08 İdman

Azərbaycanın iki yeniyetmə cüdoçusu noyabrın 24-25-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək “Saber” Qran-prisində iştirak edəcək.

TodayPress TV xəbər verir ki, yarışın rəsmi iştirakçıları siyahısında Zəhra Quliyeva (44 kq) və Pərvin Sevxanlı (48 kq) da yer alıblar.

Daşkənd turniri Beynəlxalq Cüdo Federasiyası tarixində yeniyetmələr arasında təşkil olunan ilk Qran-pri olacaq. Yarışda dörd qitənin 19 ölkəsindən 250 cüdoçu 16 çəki dərəcəsində mübarizə aparacaq.

Qeyd edək ki, turnirdən sonra, noyabrın 26-28-də Özbəkistan Cüdo Federasiyasının təşkilatçılığı ilə beynəlxalq təlim-məşq toplanışı keçiriləcək.

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər