Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub - FOTO

Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub - FOTO
10.11.2026 21:55 İdman

Bakı şəhər birinciliyində U-17 yeniyetmə cüdoçular arasında qaliblər müəyyənləşib.

TodayPress TV xəbər verir ki, noyabrın 10-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyinə yekun vurulub.

Yarışın ikinci günündə 231 idmançı səkkiz çəki dərəcəsində mübarizə aparıb. Qızlar arasında -44, -52, -63 və +70 kq, oğlanlar arasında isə -55, -66, -81 və +90 kq çəki dərəcələrində medalçılar müəyyənləşib.

Turnirdə ümumilikdə 69 klub və idman cəmiyyətini təmsil edən 490 cüdoçu iştirak edib. Onlardan 406-sı oğlan, 84-ü qız olub.

Yarışın son günündə medal qazanan idmançıların siyahısı belədir:

Qızlar

-44 kq

  1. Zəhra Quliyeva (Bakı şəhəri 2 nömrəli RİOEUGİM)

  2. Ayan Həsənli (Judo Club 2012)

  3. Aysu Əliyeva (Bakı şəhəri 1 nömrəli RİOEUGİM)

  4. Rəfiqə Hüseynova (RKİM)

-52 kq

  1. Zəhra Seyidzadə (RKİM)

  2. Səkinə Zeynalova (Bakı şəhəri 8 nömrəli İOEUGİM)

  3. Samirə Əliyeva (Balaxanı İM)

  4. Şövkət Kərimova (ROİL)

-63 kq

  1. Zilan Hüseynli (Şağan OİK)

  2. Mələk Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

  3. Zöhrə Ağazadə (Neftçi İK)

  4. Məryəm Yusifli (Ordu İdman Klubu)

+70 kq

  1. Zəhra İbadova (Neftçi İK)

  2. Aysu Quliyeva (Judo Club 2012)

  3. Rəhimə İsmiəliyeva (Bakı şəhəri 8 nömrəli İOEUGİM)

Oğlanlar

-55 kq

  1. Anar Mirzoev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

  2. Aqil Nağıyev (Sərhədçi İM)

  3. Ülvi Cəlilzadə (Neftçi İK)

  4. Rza Ayvazlı (Şağan OİK)

-66 kq

  1. Əli Cəfərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

  2. Mikayıl Qocayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

  3. Harun Sultanov (ROİL)

  4. Rövşən Qurbanəliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

-81 kq

  1. Yusif Ağakişiyev (RKİM)

  2. Məhəmmədəli Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM)

  3. İslam Adıgözəlzadə (Elxan İK)

  4. Oktay Bəndəliyev (Arifoğlu İK)

+90 kq

  1. Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

  2. Munir Əlizadə (Atilla İK)

  3. Rəsul Ağayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

  4. İdris Xanbalayev (Ordu İdman Klubu)

FOTOLAR

Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub - FOTO — 1
Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub - FOTO — 2
Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub - FOTO — 3
Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub - FOTO — 4
XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər