Fransa kosmosda hərbi gücünü artırır: 1,5 milyard avroluq layihə

Fransa kosmosda hərbi gücünü artırır: 1,5 milyard avroluq layihə
11.11.2026 02:03 Dünya

Fransa 1,5 milyard avrodan çox vəsait hesabına yeni nəsil hərbi müşahidə peykləri hazırlayacaq.

TodayPress TV xəbər verir ki, Fransa Müdafiə Nazirliyinin Silahlanma üzrə Baş İdarəsi (DGA) yeni peyklərin hazırlanmasını “Airbus Defence and Space” və “Thales Alenia Space” şirkətlərinə həvalə edib.

Fransa Silahlı Qüvvələr Nazirliyinin məlumatına görə, müqavilə çərçivəsində iki İRİS peyki hazırlanacaq. Yeni peyklərin 2035-ci ilədək ölkənin hazırda istifadə etdiyi üç CSO peykini əvəz etməsi nəzərdə tutulur.

Bildirilib ki, İRİS proqramı Fransanın kosmosdan optik kəşfiyyat imkanlarını gücləndirməyə xidmət edəcək. Yeni sistem görüntülərin keyfiyyətini və əldə olunma sürətini əhəmiyyətli dərəcədə artırmalıdır.

Qeyd edək ki, Fransanın hazırkı CSO peykləri 2018, 2020 və 2025-ci illərdə orbitə buraxılıb.

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər