Rus dizeli ABŞ-a çatmamış geri döndü

Rus dizeli ABŞ-a çatmamış geri döndü
11.11.2026 03:00 Dünya

Rusiyadan ABŞ-a dizel yanacağı daşıyan sonuncu tanker də ölkə sahilləri yaxınlığında istiqamətini dəyişərək geri dönüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, oktyabrın 22-də Rusiyanın Primorsk limanından yola düşən “Agioi Fanendes” tankeri Nyu-Yorkdan təxminən 740 kilometr aralıda kursunu dəyişib.

Əvvəlcə təyinat limanı Nyu-York olaraq göstərilən tankerin statusu sonradan “əmrləri gözləyir” şəklində dəyişdirilib. Gəmi bazar ertəsindən etibarən ABŞ sahillərindən uzaqlaşaraq ziqzaqvari marşrutla hərəkət edir.

Tankerin sahibi olan Yunanıstanın “Eastern Mediterranean Maritime” şirkətindən bildirilib ki, yükün boşaldılacağı liman hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, Nyu-Cersi ştatının hakimiyyət orqanları Rusiyadan dizel yanacağı qəbul edəcəkləri təqdirdə limanları milyonlarla dollar məbləğində cərimələrlə hədələyib. Bundan sonra Rusiyadan ABŞ-a yanacaq daşıyan iki tanker də istiqamətini dəyişib.

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər