Çexiyada gənclər azad media üçün küçələrə axışdı

Çexiyada gənclər azad media üçün küçələrə axışdı
10.11.2026 20:35 Dünya

Çexiyanın bir neçə şəhərində tələbələr ictimai medianın müstəqilliyinin qorunması tələbi ilə etiraz aksiyaları keçiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə "ÇTK" informasiya agentliyi məlumat yayıb.

Etirazlara hökumətin Çexiya Televiziyası və Çexiya Radiosunun maliyyələşmə sistemini dəyişdirməyi nəzərdə tutan qanun layihəsi səbəb olub.

Təklif olunan dəyişikliklərə əsasən, əhalidən alınan mövcud konsessiya yığımları ləğv edilməli və dövlət yayımçılarının maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilməlidir. Qanun layihəsi oktyabrın 24-də parlamentdə birinci oxunuşdan keçib.

Nümayişlər Praqa, Brno, Zlin, Ostrava, Olomouts, Pardubitse və Plzendə keçirilib. Tələbələr yeni maliyyələşmə modelinin ictimai medianın müstəqilliyinə təhlükə yarada biləcəyindən narahat olduqlarını bildiriblər.

Bir neçə həftədir davam edən aksiyaları parlament müxalifətinin liberal partiyaları da dəstəkləyir.

Çexiyanın Baş naziri Andrey Babiş isə müxalifəti cəmiyyətdə gərginliyi artırmamağa çağırıb. O, müzakirə olunan dəyişikliklərin müstəqil mediaya və demokratiyaya təhlükə yaratmadığını, dövlət yayımçılarının milliləşdirilməsinin nəzərdə tutulmadığını bildirib.

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər