Rezai: Tehranla Vaşinqton arasında danışıqlar yoxdur

Rezai: Tehranla Vaşinqton arasında danışıqlar yoxdur
10.11.2026 21:35 Dünya

İranla ABŞ arasında hazırda heç bir danışıqlar aparılmır.

TodayPress TV xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.

O qeyd edib ki, Tehran Vaşinqtona öz şərtlərini göndərib və onlardan açıq, aydın cavab tələb edib. Lakin ABŞ indiyədək bu şərtlərə cavab verməyib.

Rezai Qətərdə İran və ABŞ arasında görüş keçirilməsi ilə bağlı yayılan məlumatları da təkzib edib. Onun sözlərinə görə, Hörmüz boğazı İranın irəli sürdüyü yeddi şərt yerinə yetirilənədək açılmayacaq.

İran rəsmisi ABŞ Vitse-prezidenti Cey Di Venslə görüşünün planlaşdırılması barədə xəbərləri də əsassız adlandırıb. O, Vaşinqtonun danışıqların davam etdirilməsi ilə bağlı açıqlamalarının iqtisadi təzyiqləri azaltmaq və neftin qiymətini aşağı salmaq məqsədi daşıdığını iddia edib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Marko Rubio İranın müharibənin başa çatdırılması ilə bağlı irəli sürdüyü yeddi şərti “absurd” adlandırıb.

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər