Rusiyaya "işləməkdə" şübhəli bilinən şəxslər Polşada yaxalandı

Rusiyaya "işləməkdə" şübhəli bilinən şəxslər Polşada yaxalandı
11.11.2026 03:59 Dünya

Polşada Rusiya xüsusi xidmət orqanlarının xeyrinə casusluq və təxribat fəaliyyəti göstərməkdə şübhəli bilinən iki Ukrayna vətəndaşı saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Polşanın xüsusi xidmət orqanları üzrə nazir-koordinatoru Tomaş Semonyak məlumat verib.

Onun sözlərinə görə, əməliyyat Mazoviya voyevodalığında keçirilib. Saxlanılan şəxslərin 24 və 25 yaşlarında olduğu bildirilir.

Məlumata görə, şübhəlilər Polşadakı kritik infrastrukturu və hərbi obyektləri müəyyənləşdirərək onların fotoşəkillərini çəkiblər. Onlar, həmçinin nəqliyyat vasitələrini yandırmaqda şübhəli bilinirlər.

Saxlanılan şəxslər barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər