Venesuela ABŞ-ın neft nəhəngi ilə razılaşdı

Venesuela ABŞ-ın neft nəhəngi ilə razılaşdı
11.11.2026 01:05 Dünya

Venesuelanın dövlət neft-qaz şirkəti PDVSA ilə Amerikanın “ExxonMobil” korporasiyası energetika sahəsində əməkdaşlıq memorandumu imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə sənədin imzalanma mərasimində iştirak edən Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriqes məlumat verib.

O bildirib ki, memorandumun yaxın vaxtlarda konkret sazişlərin imzalanmasına və gözlənilən investisiyaların cəlb edilməsinə yol açacağına ümid edir.

Rodriqesin sözlərinə görə, əməkdaşlıq həm “ExxonMobil”ə, həm də Venesuela iqtisadiyyatına fayda verməlidir.

O qeyd edib ki, memorandum milyardlarla barel neft ehtiyatına malik yataqları əhatə edir. “ExxonMobil” layihələrin həyata keçirilməsi üçün lazımi texnologiya, kapital və istehsal imkanlarına, Venesuela isə zəngin resurslara və ixtisaslı mütəxəssislərə malikdir.

Rodriqes, həmçinin ölkə hakimiyyətinin Amerika şirkəti üçün etibarlı hüquqi şərait və təhlükəsiz fəaliyyət mühiti təmin edəcəyini vurğulayıb.

Onun fikrincə, əldə olunan razılaşmalar Venesuela iqtisadiyyatının inkişafına əlavə təkan verəcək.

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər