İranın neft gəlirləri tamamilə kəsilə bilər - Rubio
ABŞ İrana qarşı iqtisadi təzyiqləri artıracaq.
TodayPress TV xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib.
Rubionun sözlərinə görə, İrana qarşı mövcud vəziyyət dəyişməz qalmayacaq və tətbiq edilən sanksiyaların təsiri zaman keçdikcə daha da ağırlaşacaq.
O qeyd edib ki, İranın dənizdə satış üçün nəzərdə tutulan məhdud neft ehtiyatları qalıb. Bu ehtiyatlar tükəndikdən sonra ölkənin neft gəlirlərinin demək olar ki, tamamilə kəsiləcəyi gözlənilir.