Polşa və Ukrayna razılaşdı
Ukrayna MiQ-29 qırıcı təyyarələri müqabilində Polşaya dron əleyhinə texnologiyalar verməyə razılaşıb.
TodayPress TV xəbər verir ki, bunu Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.
Onun sözlərinə görə, Polşa Ukraynaya iki ədəd MiQ-29 qırıcı təyyarəsi verməyi nəzərdən keçirir. Bunun müqabilində Kiyev Varşavaya pilotsuz uçuş aparatları və onlara qarşı mübarizə texnologiyalarına çıxış imkanı yaradacaq.
Nazir müavini razılaşmanın detallarının artıq yekunlaşmaq üzrə olduğunu bildirib.
Qeyd edək ki, 2025-ci ilin dekabrında Polşa MiQ-29 təyyarələrini Ukraynanın dron texnologiyaları ilə dəyişdirməyi təklif etmişdi. Lakin 2026-cı ilin yayında Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Kiyevin ilkin razılaşmadan geri çəkildiyini və təyyarələrin təhvil verilməsi prosesinin dayandırıldığını açıqlamışdı.