İran İsraili məhv etmək planını yenidən gündəmə gətirəcək - Netanyahu
İsrail Baş naziri Benyamin Netanyahu İranın İsraili məhv etmək planından əl çəkmədiyini və bu istiqamətdə fəaliyyətini bərpa etməyə çalışacağını bildirib.
TodayPress TV xəbər verir ki, Netanyahu bu barədə açıqlamasında danışıb.
“İran İsraili məhv etmək planından əl çəkməyib və onun icrasını bərpa etməyə cəhd göstərəcək. Bunun qarşısını almağın yeganə yolu İran rejimini devirməkdir”, – deyə İsrail Baş naziri bildirib.