Oman sahillərində tanker naməlum hücumun hədəfi oldu
Oman sahilləri yaxınlığında tanker naməlum mərmi ilə hücuma məruz qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, insident Omanın Lima şəhərindən 19 dəniz mili (35 kilometr) şimal-şərqdə baş verib. Tankerin kapitanı gəmiyə naməlum mərmi ilə zərbə endirildiyini bildirib.
Məlumata görə, heyət üzvləri təhlükəsizdir və ətraf mühitə zərər dəyməsi barədə məlumat yoxdur. Gəmidəki zərərin qiymətləndirilməsinin səhər saatlarında aparılması nəzərdə tutulur.
UKMTO ərazidən keçən gəmiləri ehtiyatlı olmağa və şübhəli fəaliyyətlər barədə agentliyə məlumat verməyə çağırıb. İnsidentlə bağlı araşdırma aparılır.