Uşaqlara desert əvəzinə palçıq yedirtdilər

Uşaqlara desert əvəzinə  palçıq yedirtdilər
19.05.2026 18:30 Dünya

ABŞ-də keçirilən xeyriyyə şam yeməyi zamanı lisey şagirdlərinə səhvən desert əvəzinə torpaq təqdim olunub.

TodayPress TV  "NY Post"a istinadən xəbər verir ki, üç yeniyetmə palçığı  desert hesab edərək dadıb.

Hadisə Medomak Valley High School məktəbində baş verib. Həmin gün şagirdlər biologiya dərsində torpağın sterilizasiyasının bitki inkişafına təsirini öyrənmək üçün təcrübə aparıblar. Bunun üçün bir qədər torpaq sobada qızdırılıb və folqa ilə örtülərək digər yeməklərdən ayrı masaya qoyulub.

Lakin xeyriyyə tədbirinə hazırlıq zamanı yaranan qarışıqlıq səbəbindən həmin qab desert hesab edilərək şagirdlərə təqdim olunub.

Məktəbin direktoru Linda Piz tərəfindən imzalanmış açıqlamada bildirilib ki, üç şagird bişmiş torpağın dadına baxsa da, bunun nə olduğunu dərhal anlayaraq ağızlarından çıxarıblar.

Məktəb rəhbərliyi hadisənin zarafat deyil, sadəcə uğursuz anlaşılmazlıq olduğunu vurğulayıb və şagirdlərin valideynləri ilə əlaqə saxlanıldığını bildirib. Tədbirin təşkilatçıları isə baş verənlərdən dərin təəssüf hissi keçirdiklərini qeyd ediblər.

Jalə Rövşən 

TodayPress TV 

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər