Torpaq altında YATAN TARİX – 1300 illik qılınc...

Torpaq altında YATAN TARİX – 1300 illik qılınc...
11.05.2026 15:40 Dünya

Norveçdə birinci sinif şagirdi ekskursiya zamanı təxminən 1300 il yaşı olan vikinqlərə aid qədim qılınc aşkarlayıb.

TodayPress TV xəbər verir ki, hadisə Norveçin Innlandet bölgəsinin Gran bələdiyyəsində baş verib.

Fredheim məktəbinin 1-ci sinif şagirdi Henrik Refsnes Mertvedt şumlanmış tarlada paslı bir əşya görüb və onu yerdən qaldırıb. Mütəxəssislər müəyyən ediblər ki, bu, erkən vikinqlər dövrünə aid tək tərəfli (biruclu) qılıncdır.

Arxeoloqlar qılıncın yaxşı vəziyyətdə saxlanıldığını və tarixi baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Henrik və müəllimləri tapıntını dərhal müvafiq qurumlara təhvil veriblər.

Qədim qılınc araşdırılması üçün Oslo Universitetinin Tarix Muzeyinə aparılacaq.

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər