"Vahid indekslərin Siyahısı” genişləndirildi

"Vahid indekslərin Siyahısı” genişləndirildi
11.07.2025 15:04 Daxili siyasət

Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıya Ali kateqoriya dövlət orqanı qismində Prezidentin Protokol Xidməti əlavə edilib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər