Bu ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam - Xalq rəssamı

Bu ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam - Xalq rəssamı
23.10.2026 14:47 Daxili siyasət

"Bu ordenin ("İstiqlal" ordeni - red.) şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam".

TodayPress TV xəbər verir ki, bunu Xalq rəssamı Fərhad Xəlilov Prezident İlham Əliyevdən "İstiqlal" ordenini qəbul edərkən deyib.

"Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz", - Prezident qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdiyini, dövlətimizin başçısının Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini vurğulayan Xalq rəssamı əlavə edib:

“44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağıla sığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı".

TodayPress TV

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər