Vəzifəli şəxslər tərəfindən törədilən ekoloji hüquqpozmalar müzakirə edildi

Vəzifəli şəxslər tərəfindən törədilən ekoloji hüquqpozmalar müzakirə edildi
21.05.2025 12:34 Xarici siyasət

2025-ci il 19–23 may tarixlərində Bakı şəhəri Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasa ev sahibliyi edir.

TodayPress TV xəbər verir ki, bu mötəbər tədbirdə 92 ölkəni təmsil edən 120-dən artıq dövlət qurumunun nümayəndələri, o cümlədən prokurorluqlar, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar iştirak edir.   

Ümumilikdə 300-dən çox nümayəndə tədbirə fiziki olaraq qatılıb, 60-dan artıq iştirakçı isə onlayn formatda tədbiri izləyir. İclas çərçivəsində yüzdən artıq çıxışın təqdim olunması planlaşdırılır. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun təşəbbüsü ilə Plenar İclas çərçivəsində “Hüquqi şəxslərin xeyrinə vəzifəli şəxslər tərəfindən törədilmiş ekoloji cinayətlərin qarşısının alınması və istintaqı” mövzusunda tədbir keçirilib. 

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin sədrliyi ilə keçirilən həmin tədbirdə BMT-nin təşkilatçıları, xarici ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində mütəxəssisləri, Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də elmi-tədqiqat institutlarının əməkdaşları da daxil olmaqla ümumilikdə 50-yə yaxın iştirakçı olub. 

Sədrlik edən Elnur Musayev tərəfindən iclasın açılış nitqində 2020-2025-ci illər ərzində Azərbaycan Respublikası Prokurorluğu tərəfindən ölkənin digər hüquq-mühafizə orqanları ilə birlikdə görülmüş işlərin nəticələri səsləndirilib, o cümlədən ekoloji sahədə ixtisaslaşdırılmış qurum olaraq Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 602 cinayət işinin başlandığı, 16 milyon manata yaxın vurulmuş ziyanın ödənildiyi, 229 inzibati xəta haqqında iş üzrə icraat başlanıldığı, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə 160 təqdimat verildiyi, qanun pozuntularından çəkindirmək məqsədilə 55 rəsmi xəbərdarlıq verildiyi bildirilib. 

Qeyd olunub ki, ətraf mühitin mühafizəsi sahəsində ildən ilə qanunvericiliyin təkmilləşməsi, vətəndaşların sayıqlığının artması, hüquq-mühafizə orqanlarının və bu sahədə ixtisaslaşmış qurumların əlaqələndirilmiş fəaliyyəti nəticəsində effektiv mübarizə gedir, ictimaiyyət daim məlumatlandırılır. 

Bununla belə, bu qəbildən olan hüquqpozmaların qarşısının alınması sahəsində məsul qurumların, o cümlədən qanunla nəzarət və monitorinqin həyata keçirilməsinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində qüsurlar mövcuddur.

Bu da baş verən ətraf mühit əleyhinə olan cinayətlərin korrupsiya xarakterli olmasına işarə edir.  Sessiya çərçivəsində aparılan müzakirələrin gəldiyi əsas nəticələr ondan ibarət olmuşdur ki, insanların və canlıların həyat və sağlamlığı üçün əhəmiyyətli dərəcədə təhlükə törədən bu cinayətlər beynəlxalq miqyasda korrupsiya və transmilli cinayətlər kimi əhəmiyyətinə görə önə çəkilməli, bu sahədə əməkdaşlıq gücləndirilməlidir.

Qabaqcıl ölkələrin təcrübəsinə əsasən hər bir ölkə miqyasında ekoloji pozuntulara və cinayətlərə qarşı mübarizə vahid strategiya şəklində həyata keçirilməli, iştirakçılar müəyyən edilərək effektiv əməkdaşlıq mexanizmləri formalaşdırılmalıdır. 

Bununla yanaşı qabaqlayıcı qurumlar, təhqiqat, istintaq və maliyyə kəşfiyyatı qurumlarının daimi fəaliyyət göstərən əlaqələndirmə qurumları qabaqcıl ölkələrin ən yaxşı nəticələrini göstərən nümunələrdir və bunlar beynəlxalq miqyasda öyrənilməlidir. 

Tədbirdə ən əsası ətraf mühitin qorunmasının sosial cavabdehliyin təməlində durması vurğulanaraq, əhalinin və vətəndaş cəmiyyətinin bu sahədə biliklərinin artırılmasının vacibliyi xüsusi qeyd edildi.

FOTOLAR

Vəzifəli şəxslər tərəfindən törədilən ekoloji hüquqpozmalar müzakirə edildi — 1
Vəzifəli şəxslər tərəfindən törədilən ekoloji hüquqpozmalar müzakirə edildi — 2
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 Bütün Xəbərlər