Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO

Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO
05.08.2026 19:57 Xarici siyasət

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyə mediasında onun fikirlərinin təhrif olunması ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, Hacıyev Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə maraqlı görüş keçirdiyini bildirib.

O qeyd edib ki, “Türkiye Gazetesi”nin jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı ildə yayımlanan reportajda ona aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib.

Hacıyev bildirib ki, məqalədə ona istinadən verilən bir sıra ifadələr düzgün deyil.

Prezidentin köməkçisi bir daha vurğulayıb ki, Azərbaycan Respublikası milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər