Seulda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirildi

Seulda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirildi
21.05.2025 13:08 Xarici siyasət

Koreya Respublikasının paytaxtı Seulda Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

TodayPress TV xəbər verir ki, ölkəmizin Koreya Respublikasındakı səfiri Ramin Həsənov 107 il əvvəl xalqımızın dövlət müstəqilliyini əldə etməsi barədə danışıb, müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik, dünyəvi və mütərəqqi dövlətçiliyin bərqərar olması üçün atdığı addımları, mövcud olduğu cəmi 2 il ərzində ölkədə və beynəlxalq aləmdə qazandığı uğurları vurğulayıb. 

Səfir qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti sovet işğalı ilə əlaqədar süqut etsə də, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib və onun əsasını qoyduğu demokratik dəyərləri və ənənələri bərpa edib. Müstəqilliyinin ilk illərindən bəri çoxsaylı çağırışlar və Ermənistanın hərbi təcavüzü ilə üzləşən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə sabit, güclü və beynəlxalq aləmdə söz sahibi olan dövlətə çevrilib.

Azərbaycanın uğurlu siyasi və iqtisadi inkişaf yolu keçməsi, regionda beynəlxalq əməkdaşlığın əsasını qoyması, nəhəng enerji, nəqliyyat və infrastruktur layihələrini uğurla həyata keçirməsi, beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilməsindən bəhs edən diplomat, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan qələbə ilə ölkəmizin Ermənistanın uzunmüddətli işğalına son qoyması, öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsini vurğulayıb.

Səfir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunub. Ramin Həsənov, həmçinin Azərbaycanın qlobal məsələlərin həlli üçün göstərdiyi səylərdən, bu xüsusda ölkəmizin ötən il COP29 tədbirinə müvəffəqiyyətlə evsahibliyi etməsindən, Azərbaycanın COP29 sədrliyi altında qlobal iqlim fəaliyyətində əldə olunmuş nailiyyətlərdən danışıb.

O, Koreya Respublikasının sözügedən tədbirdə böyük nümayəndə heyəti ilə iştirak etdiyini diqqətə çatdırıb. Azərbaycan-Koreya əlaqələrinə toxunan səfir qlobal iqlim fəaliyyətinin də bu iki ölkə arasında faydalı əməkdaşlıq üçün böyük potensiala malik olduğunu qeyd edib. Koreya Respublikasının xarici işlər nazirinin müavini Kvon Ki-hvan Koreya hökuməti və xalqı adından Azərbaycanı təbrik edib.

O bildirib ki, Azərbaycan Koreyada “Odlar diyarı” kimi tanınır və bu, ölkəmizin zəngin mədəni irsi, eləcə də Azərbaycan xalqının hərarəti ilə bağlıdır.

Azərbaycanın Avropa və Asiya arasında körpü rolunu oynadığını bildirən koreyalı diplomat ölkəmizin üzləşdiyi çətinlikləri arxada qoyaraq, davamlı səy və qətiyyətin sayəsində iqtisadi inkişafa və sosial tərəqqiyə nail olduğunu vurğulayıb.

Nazir müavini 1992-ci ildə Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasından bəri iki ölkənin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etməsindən danışıb. Son illərdə baş tutan yüksək səviyyəli qarşılıqlı siyasi səfərlərin hər iki ölkənin əməkdaşlıq iradəsinin təcəssümü olduğunu bildirib.

Vurğulayıb ki, Altay dil ailəsinə mənsub olan Azərbaycan və Koreya xalqlarını mədəni yaxınlıq və oxşar dəyərlər birləşdirir. Rəsmi qəbul ziyafətlə davam edib. Tədbir iştirakçıları azərbaycanlı gənc rəssamların əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Koreya Respublikasının Xarici İşlər Nazirliyi və digər hökumət qurumlarının məsul şəxsləri, ictimai-siyasi, işgüzar, elmi, mədəni dairələrin, mətbuatın, Koreyada akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri, eləcə də bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri və Koreyada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

FOTOLAR

Seulda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirildi — 1
Seulda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirildi — 2
Seulda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirildi — 3
Seulda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirildi — 4
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 Bütün Xəbərlər