Səfir Eldar Səlimov Elmira Məhəddinlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

Səfir Eldar Səlimov Elmira Məhəddinlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
09.02.2023 12:00 Xarici siyasət

"Beynəlxalq Humanistika İnstitutu" İctimai Birliyinin sədri Elmira Məhəddinlinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının İordaniyadakı Səlahiyyətli Səfiri cənab Eldar Səlimov tərəfindən qəbul edilib.

TodayPress TV xəbər verir ki, Səfir cənab Eldar Səlimovun təşəbbüsü ilə nümayəndə heyətinin İordaniya Baş nazirinin müavininin müşaviri Məhəmməd Əl-Məlkavi və bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşü təşkil olunub.

Görüş zamanı Azərbaycan ilə İordaniya arasında humanitar, mədəni və ictimai əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində, həmçinin İordaniyanın paytaxtı Amman şəhərində tanınmış tarixçi, yazıçı və publisist, "Qarabağ Münaqişəsi və Beynəlxalq Hüquq" əsərinin müəllifi Dr. Ömər Əl-Armutinin Ədəbiyyat və Mədəniyyət Mərkəzində yerli jurnalistlər, ziyalılar və mədəniyyət xadimləri ilə görüş keçirilib.

TodayPress TV

FOTOLAR

Səfir Eldar Səlimov Elmira Məhəddinlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi — 1
Səfir Eldar Səlimov Elmira Məhəddinlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi — 2
XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər