Rumen Radev Azərbaycan Prezidentinə təbrik məktubu göndərdi

Rumen Radev Azərbaycan Prezidentinə təbrik məktubu göndərdi
27.05.2025 13:10 Xarici siyasət

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir: 

“Hörmətli cənab Prezident.  Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına səmimi təbriklərimi, əmin-amanlıq, firavanlıq və rifah arzularımı çatdırıram. 

Bolqarıstan Respublikası Azərbaycan Respublikası ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir.

Ölkələrimiz arasında qurulan sıx və səmərəli əməkdaşlıq, xalqlarımız arasındakı qarşılıqlı hörmət ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün sabit təməldir. 

Əminəm ki, ötən ilin mayında Bakıya rəsmi səfərim və noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı keçirdiyimiz görüşlər və danışıqlarımız son illərdə ikitərəfli münasibətləri xarakterizə edən intensiv siyasi dialoqun davam etdirilməsinə töhfə verdi. 

İnanıram ki, biz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin mühüm rəmzi kimi yaxın gələcəkdə Veliko Tırnovo şəhərində “Şuşa parkı” layihəsini həyata keçirəcəyik. 

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram. 

Hörmətli cənab Prezident, Sizə ən yüksək ehtiramımı bildirirəm”.

XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər