Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik etdi
Pakistanın Xarici İşlər Nazirliyi (XİN) 20 Sentyabr- Dövlət Suverenliyi Günü ilə bağlı Azərbaycana təbrik ünvanlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Pakistan XİN "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Respublikasının Hökumətinə və xalqına ən səmimi təbriklər!", - deyə paylaşımda qeyd olunub.