Niderland səfirliyi Azərbaycana təşəkkür etdi

Niderland səfirliyi Azərbaycana təşəkkür etdi
02.09.2026 19:32 Xarici siyasət

Niderlandın Azərbaycandakı səfirliyi Şəkidə dağlıq ərazidə xəsarət alan ölkəsinin vətəndaşına göstərilən yardım və təxliyəyə görə aidiyyəti qurumlara təşəkkür edib.

TodayPress TV xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin rəsmi "X" hesabında paylaşım edilib.

Qeyd olunub ki, avqustun 29-da Şəkinin dağlıq ərazisində yürüş zamanı xəsarət alan Niderland vətəndaşının xilas edilməsi və təcili tibbi yardımla təmin olunmasında Azərbaycanın aidiyyəti qurumlarının operativ reaksiyası yüksək qiymətləndirilir.

"Xüsusilə, mürəkkəb dağlıq ərazidə və qaranlıq şəraitdə həyata keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatına, yaralının helikopterlə operativ təxliyəsinə və hadisə yerində ilkin tibbi yardım göstərilməsinə görə Dövlət Sərhəd Xidmətinə (DSX) təşəkkür edirik.

Eyni zamanda, Şəki Rayon Mərkəzi Xəstəxanası və Bakıda yerləşən "Yeni Klinika"nın göstərdiyi tibbi yardımı, peşəkar yanaşmanı və operativ müdaxiləni yüksək qiymətləndiririk", - deyə paylaşımda bildirilib.

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər