Kazanda Azərbaycan, Rusiya və Çin hərbi prokurorları görüşdü

Kazanda Azərbaycan, Rusiya və Çin hərbi prokurorları görüşdü
01.10.2026 15:51 Xarici siyasət

Sentyabrın 30-da Rusiyanın Kazan şəhərində MDB və Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin hərbi prokurorlarının ilk dəyirmi masası keçirilib.

TodayPress TV xəbər verir ki,  tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini, hərbi prokuror Bəhruz Əhmədov da iştirak edib.

Dəyirmi masada sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində prokuror nəzarətinin təkmilləşdirilməsi, hərbi təsisatlarda qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, hüquqpozmaların qarşısının alınması, eləcə də peşəkar təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Bəhruz Əhmədov tədbirin əsas sessiyasında Azərbaycanın hərbi prokurorluq orqanlarının strukturu, səlahiyyətləri və fəaliyyəti barədə məlumat verib.

Səfər çərçivəsində Bəhruz Əhmədov Rusiya Federasiyası Baş prokurorunun müavini – Baş hərbi prokuror Valeri Petrovla ikitərəfli görüş keçirib. Görüşdə Azərbaycan və Rusiya hərbi prokurorluq orqanları arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Hərbi prokuror, həmçinin Çin Xalq Azadlıq Ordusunun Hərbi Prokurorluğunun baş prokuroru Sun Xiujun ilə görüşüb. Görüşdə hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi, qanunçuluğun təmin olunması sahəsində təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

FOTOLAR

Kazanda Azərbaycan, Rusiya və Çin hərbi prokurorları görüşdü — 1
Kazanda Azərbaycan, Rusiya və Çin hərbi prokurorları görüşdü — 2
Kazanda Azərbaycan, Rusiya və Çin hərbi prokurorları görüşdü — 3
XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər