İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirildi - YENİLƏNDİ

İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirildi - YENİLƏNDİ
27.05.2025 20:11 Xarici siyasət

Mayın 27-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilib. TodayPress TV xəbər verir ki, Qarabağa və Şərqi Zəngəzura səfərindən məmnunluğunu bildirən Məhəmməd Şahbaz Şərif bu səfərin Pakistanın “Qarabağ Azərbaycandır!” mövqeyinin növbəti təsdiqinin ifadəsi olduğunu vurğuladı. Qonaq Azərbaycanın qarşıdan gələn Müstəqillik Günü münasibətilə dövlətimizin başçısını təbrik etdi. Eyni zamanda, Pakistanın Baş naziri Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında və ətraf ərazilərdə qısa müddət ərzində həyata keçirilən bərpa və quruculuq işlərinin böyük təəssürat doğurduğunu deyərək, bu münasibətlə də dövlətimizin başçısına və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərini çatdırdı. Baş nazir bu ərazilərin təbiətinin gözəlliyinə toxunaraq, buranın gələcəkdə möhtəşəm, cəlbedici turizm məkanlarından birinə çevriləcəyini qeyd etdi. Dövlətimizin başçısı bu ərazilərin 30 il ərzində işğal altında olduğunu xatırladaraq, Laçının 1992-ci ildə Azərbaycanın ilk işğal edilən rayonlarından biri olduğunu dedi. Prezident İlham Əliyev işğal zamanı Laçının ermənilər tərəfindən darmadağın edildiyini, işğal olunmuş digər ərazilərin dinc sakinləri kimi, Laçın sakinlərinin də etnik təmizləməyə məruz qaldıqlarını vurğuladı. Dövlətimizin başçısı indi Laçında bərpa və quruculuq işlərinin aparıldığını diqqətə çatdırdı. Məhəmməd Şahbaz Şərif Cənubi Asiya regionunda Hindistan ilə Pakistan arasında atəşkəsin əldə edildiyini bildirdi, Pakistanın regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı olduğunu dedi. Dövlətimizin başçısı da regionda sülhün və atəşkəsin əldə olunmasından məmnunluğunu bildirərək, bütün məsələlərin dialoq yolu ilə həllinin Azərbaycan tərəfindən dəstəkləndiyini vurğuladı. Görüşdə Azərbaycanla Pakistan arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, həmçinin elm, təhsil və yüksək texnologiyalar, tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı. Söhbət əsnasında məmnunluqla qeyd olundu ki, Azərbaycanla Pakistan arasında bu ikitərəfli görüşdən sonra mayın 28-də Laçında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında da görüş keçiriləcək. Bildirildi ki, bu görüş ölkələrimiz arasında qardaşlığın və dostluğun növbəti bariz təzahürü olacaq.


***

18:03

Mayın 27-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilib.

***

17:47

Laçında Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilir. 

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

FOTOLAR

İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirildi - YENİLƏNDİ — 1
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər