İlham Əliyev Türkmənbaşıda MDB ölkələrinin milli stendləri ilə tanış olub - FOTOLAR

İlham Əliyev Türkmənbaşıda MDB ölkələrinin milli stendləri ilə tanış olub - FOTOLAR
09.10.2026 13:24 Xarici siyasət

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları “Avaza” Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar.

TodayPress TV xəbər verir ki, Azərbaycan stendində milli incəsənətimizə dair kitablar, xalçaçılıq, keramika, kəlağayı və şəbəkə sənəti nümunələri, həmçinin bunlarla bağlı məlumatlandırıcı videoçarxlar nümayiş etdirilir.

Ziyarətçilərə Azərbaycan mədəniyyəti, mətbəxi, yerli məhsullardan hazırlanan nümunələr, onların hazırlanması üsulları və xüsusiyyətləri barədə geniş məlumat verilir.


TodayPress TV

 

FOTOLAR

İlham Əliyev Türkmənbaşıda MDB ölkələrinin milli stendləri ilə tanış olub - FOTOLAR — 1
İlham Əliyev Türkmənbaşıda MDB ölkələrinin milli stendləri ilə tanış olub - FOTOLAR — 2
İlham Əliyev Türkmənbaşıda MDB ölkələrinin milli stendləri ilə tanış olub - FOTOLAR — 3
İlham Əliyev Türkmənbaşıda MDB ölkələrinin milli stendləri ilə tanış olub - FOTOLAR — 4
İlham Əliyev Türkmənbaşıda MDB ölkələrinin milli stendləri ilə tanış olub - FOTOLAR — 5
XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər