İlham Əliyev: “Mənim təşəbbüsümlə Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərmişik”
"Prezident Donald Tramp 8 avqust 2025-ci ildə Vaşinqtonda ev sahibliyi etdiyi Sülh Sammitində Azərbaycan və Ermənistan arasında sülhün irəlilədilməsində tarixi rol oynadı".
TodayPress TV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "X" hesabında paylaşıb.
"Sülh prosesinə verdiyi misilsiz töhfəyə görə, mənim təşəbbüsümlə Azərbaycan və Ermənistan Prezident Trampı Nobel Sülh Mükafatına namizəd göstərdilər.
Biz səmimiyyətlə ümid edirik ki, regionumuzda davamlı sülhün təmin edilməsi istiqamətində Prezident Trampın göstərdiyi tarixi səylər builki Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək", - deyə dövlətimizin başçısı qeyd edib.