İki müttəfiq BMT-də görüşdü: Mühüm məsələlər danışıldı

İki müttəfiq BMT-də görüşdü: Mühüm məsələlər danışıldı
23.09.2026 02:00 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Nazirlər Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq əlaqələrini nəzərdən keçirib və iki ölkə arasında mühüm siyasi dialoqu xüsusi vurğulayıblar.

Onlar beynəlxalq platformalarda milli maraqlarımıza dair məsələlərdə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər