İçərişəhərdən Hanoya uzanan dostluq: Elmira Məhəddinlinin rəhbərlik etdiyi heyət Vyetnam səfiri ilə görüşdü
2026-cı il avqustun 1-də Bakı şəhərinin İçərişəhər ərazisində Vyetnam Günləri tədbiri keçirilmişdir.
TodayPress TV xəbər verir ki, tədbirdə "Beynəlxalq Humanistika İnstitutu" İctimai Birliyinin sədri Elmira Məhəddinlinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak etmişdir.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Şövqi Mehdizadə ilə görüş keçirilmişdir.
Görüş zamanı Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərinin, humanitar və mədəni əməkdaşlığın inkişaf perspektivləri, eləcə də ictimai təşkilatlar arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Tərəflər gələcəkdə birgə layihələrin və mədəni-humanitar təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulamışlar.