Azərbaycan Ermənistanla sülhün son şərtini AÇIQLADI

Azərbaycan Ermənistanla sülhün son şərtini AÇIQLADI
02.10.2026 12:11 Xarici siyasət

Hazırda Cənubi Qafqazın bütün regional mənzərəsi dəyişib. Sülh gündəliyinin təşəbbüskarı Azərbaycandır və bu təşəbbüsün müəllifi Prezident İlham Əliyevdir.

TodayPress TV xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA Regional Forumunda çıxışı zamanı deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan regional sahiblik nümayiş etdirir və regionda yeni siyasi reallıqlar yaradır. Onun sözlərinə görə, bu, strateji uzaqgörənliyin nəticəsidir.

Prezidentin köməkçisi qeyd edib ki, hazırda Azərbaycan üçün iqtisadi diplomatik bağlantılar mühüm əhəmiyyət daşıyır. Buraya bərpaolunan enerji, nəqliyyat əlaqələri, həmçinin əldə olunmuş sülhün möhkəmləndirilməsi və qorunması daxildir.

“Çünki regionda, eyni zamanda, bütün dünyada qeyri-müəyyənlik hələ də kifayət qədər yüksəkdir və bu, Azərbaycanın bilavasitə qonşuluğunda da baş verir”, - deyə Hikmət Hacıyev bildirib.

O vurğulayıb ki, ABŞ-nin regionda daha geniş və fəal iştirakı gözlənilir. Həmçinin ABŞ-nin Mərkəzi Asiya və daha geniş Xəzər regionuna münasibətdə yeni geostrateji düşüncəsinin formalaşdığı müşahidə olunur.

Hikmət Hacıyev Azərbaycan-ABŞ münasibətlərinin tamamilə yeni mərhələyə yüksəldiyini qeyd edib.

O bildirib ki, Azərbaycan-Ermənistan sülh prosesində ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası təqdirəlayiq rol oynayıb.


“Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü. Onlar bildirdilər ki, sülh gündəliyini dəstəkləyirlər. Nəticə olaraq Prezident Tramp öz siyasi çəkisini bu prosesə yönəltdi”, - deyə Prezidentin köməkçisi bildirib.

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər