Gürcüstan müdafiə naziri Azərbaycana gəldi
Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycana səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, o, Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
İrakli Çikovani səfər çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) ziyarət edib.
Nazirin başçılıq etdiyi nümayəndə heyətinə müavini Davit Kupatadze və Müdafiə Qüvvələri komandanının müavini, general-mayor Zaza Çxaidze daxildir.
Jalə Rövşən
İrakli Çikovani
Gürcüstanın Müdafiə Nazirliyi
Bakı Ekspo Mərkəzi
Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi
Todaypress.tv