Azərbaycan məsələsi NATO-nu qarışdırdı - Fransadan təxribat
Fransa Azərbaycanın NATO ilə yeni tərəfdaşlıq planına razılıq verməyib.
TodayPress TV xəbər verir ki, “Politico”nun NATO diplomatlarına istinadən yaydığı məlumata görə, Fransa bir fransız vətəndaşının Azərbaycanda həbsdə olmasını əsas gətirərək Bakı ilə hazırlanmış yeni tərəfdaşlıq planına razılıq verməyib.
Nəşr yazır ki, Türkiyə isə Fransanın mövqeyinə cavab olaraq, Azərbaycanla həmrəylik məqsədilə Ermənistanla bağlı tərəfdaşlıq planının ayrıca təsdiqlənməsinə razılıq verməyib. Bunun nəticəsində Azərbaycan və Ermənistanın NATO ilə münasibətlərini tənzimləyən iki sənədin təsdiqi bir ildən artıqdır gecikir.
Politico-ya danışan türk rəsmisi məsələnin Türkiyə ilə Fransa və ya Ermənistan arasında qarşıdurma olmadığını bildirib. Onun sözlərinə görə, Ankara Azərbaycan və Ermənistanla bağlı sənədlərin eyni vaxtda təsdiqlənməsinə uzun müddətdir hazırdır.
NATO rəsmisi isə alyansın həm Azərbaycan, həm də Ermənistanla müdafiə planlaşdırılması, təlimlər və hibrid təhdidlərə qarşı mübarizə daxil olmaqla geniş əməkdaşlıq etdiyini və hər iki tərəfdaşlıq planının irəlilədilməsinə hazır olduğunu bildirib.
Jalə Rövşən