Dövlət Komitəsinin nümayəndə heyəti BMT-nin tədbirində iştirak edir

Dövlət Komitəsinin nümayəndə heyəti BMT-nin tədbirində iştirak edir
29.05.2025 15:05 Xarici siyasət

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Keniyanın paytaxtı Nayrobidə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının İkinci Sessiyasının davamında iştirak edir.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, 29-30 may tarixlərində keçirilən Sessiyada “UN-Habitat”ın 2026-2029-cu illər üzrə Strateji Planı ilə yanaşı, rəqəmsal texnologiyaların sosial rifah naminə tətbiqini təşviq edən “İnsanyönümlü ağıllı şəhərlər” üzrə beynəlxalq təlimatın qəbul olunması nəzərdə tutulur.

Tədbir zamanı həmçinin mənzil təminatı məsələsinə həsr olunmuş “Hər kəs üçün layiqli mənzil” (“Adequate Housing for All”) mövzusunda yüksək səviyyəli dialoqun və “UN-Habitat” Assambleyasının İcraiyyə Şurasına seçkilərin keçirilməsi planlaşdırılır. Səfər çərçivəsində Komitə sədri, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyev bir sıra rəsmi görüşlərdə iştirak edir.

2026-cı ildə ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ilə bağlı hazırlıq məsələləri, Forumda iştirak və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə “UN-Habitat”ın İcraçı Direktoru, eləcə də bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilir. Həmçinin Forumda Azərbaycan stendi də yer alır.

Stenddə WUF13 çərçivəsində gələcəyin şəhərlərinə dair nəzərdə tutulan planlar və müasir şəhərsalma prinsipləri ziyarətçilərə çatdırılır.

Qeyd edək ki, dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ali qərarverici orqan olan UN-Habitat Assambleyası BMT-yə üzv dövlətləri və əsas tərəfdaşları bir araya gətirərək şəhərsalma problemlərinin müzakirəsini, habelə bu sahədə qlobal siyasətin formalaşdırılmasını və 11-ci Dayanıqlı İnkişaf Məqsədi – şəhərləri və insan məskənlərini inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı etmək istiqamətində təşəbbüslərin həyata keçirilməsini təmin edir.

Assambleyanın İkinci Sessiyasının ilk hissəsi 2023-cü ilin iyun ayında keçirilmişdir.

XƏBƏR LENTİ
31 MAY 2026
Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 Bütün Xəbərlər