Ceyhun Bayramov Nyu Yorka işgüzar səfərə yola düşdü

Ceyhun Bayramov Nyu Yorka işgüzar səfərə yola düşdü
20.09.2026 10:42 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Səfər çərçivəsində C. Bayramovun Baş Assambleyasının 81-ci sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

XƏBƏR LENTİ
20 SENTYABR 2026
Bütün Xəbərlər