Ceyhun Bayramov kiprli həmkarı ilə nə danışdı?

Ceyhun Bayramov kiprli həmkarı ilə nə danışdı?
24.09.2026 00:10 Xarici siyasət

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı Konstantinos Kombosla görüşüb və Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətində davam edən səylər barədə fikir mübadiləsi aparıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Tərəflər siyasi dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Onlar həmçinin Azərbaycan–Aİ əməkdaşlıq gündəliyi, regional proseslər, eləcə də Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində davam edən səylər barədə fikir mübadiləsi aparıblar.

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər