Ceyhun Bayramov ilə İqor Klimenko təhlükəsizlik məsələlərini müzakirə etdilər

Ceyhun Bayramov ilə İqor Klimenko təhlükəsizlik məsələlərini müzakirə etdilər
06.08.2026 20:52 Xarici siyasət

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenko ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə nazir "X" sosial media hesabında paylaşım edib.

Bildirilib ki, görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

"Beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun olaraq dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qorunmasının vacibliyini bir daha təsdiqlədik, həmçinin regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın əhəmiyyətini vurğuladıq", - deyə paylaşımda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər