BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin onuncu görüşü keçirilir

BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin onuncu görüşü keçirilir
19.05.2025 15:02 Xarici siyasət

Baş Prokuror Kamran Əliyev Səudiyyə Ərəbistanı ilə korrupsiyaya qarşı mübarizədə yeni əməkdaşlıq perspektivlərini müzakirə edib.

TodayPress TV xəbər verir ki. bu gün, mayın 19-da Azərbaycan Respublikası Prokurorluğu və BMT-nin Korrupsiyaya Qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə Bakı şəhərində GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin Onuncu Görüşü keçirilir. 

Tədbirin açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilən mühüm nailiyyətlərə toxunub.   

Baş prokuror, bu sahədə riskləri minimallaşdırmaqla vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaları özündə cəmləyən Asan xidmət modelini, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanı və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini ətraflı təqdim edib, habelə, xarici nümayəndələrə Azərbaycanın digər institusional, hüquqi və praktiki yanaşmalarını izah edib. 

Baş prokuror Kamran Əliyev, ötən il Çin Xalq Respublikasının Pekin şəhərində keçirilmiş GlobE Şəbəkəsinin növbəti Plenar İclasında, Bakı şəhərində bu görüşün keçirilməsi barədə qəbul edilən qərara və Azərbaycan Respublikasının İdarəetmə Komitəsinə üzv seçilməsinə görə bütün Üzv Dövlətlərin nümayəndələrinə minnətdarlığını bildirib. 

GlobE Şəbəkəsinin fəaliyyətinə də toxunan Kamran Əliyev, hazırda 126 ölkədən 235 hüquq mühafizə orqanının fəaliyyətini əlaqələndirən bu beynəlxalq təşkilatın korrupsiya cinayətlərinin qarşısının alınması və araşdırılmasında çevik, işlək və praktiki həllər təqdim etdiyini qeyd edərək, Azərbaycan Respublikasının bu qlobal təsisatın inkişafına verdiyi dəstəyi vurğulayıb. 

Açılış mərasimində çıxış edən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri Brigitte Strobel-Şav, GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin Sədri Nasser Abaalkail və Sədr müavini Boni de Moraes Soares, tədbirin peşəkar şəraitdə təşkilinə görə təşəkkür edib və Şəbəkənin ötən dövr ərzində həyata keçirdiyi işlərdən, həmçinin İdarəetmə Komitəsinin cari görüşündə müzakirə olunan məsələlərdən bəhs ediblər.

Görüşdə yeni üzvlərin qəbul edilməsi, kommunikasiya xidmətlərinin genişləndirilməsi və digər aktual məsələlər müzakirə olunub.  Daha sonra tədbirin gündəliyinə uyğun olaraq, İdarəetmə Komitəsinin seçilmə mexanizminin təkmilləşdirilməsi, korrupsiya cinayətlərinin araşdırılmasında ölkələrarası məlumat mübadiləsinin modeli və Şəbəkənin Üzv Ölkələrinin yerli təcrübələrinin müsbət formalaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Komitə üzvləri müvafiq sənəd layihələrinin məzmununu təkmilləşdirib və gələcək fəaliyyətin istiqamətlərini müəyyənləşdirmək üçün qərarlar qəbul ediblər. 

Baş prokuror Kamran Əliyev, həmçinin Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Qurumunun (NAZAHA) Prezidenti Mazin Bin İbrahım Əl-Kahmus ilə ikitərəfli görüş keçirib.  Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud olan güclü tarixi siyasi əlaqələr və hüquq-mühafizə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub.

Kamran Əliyev, korrupsiyaya qarşı mübarizədə təcrübə mübadiləsinin və qarşılıqlı əlaqələrin vacibliyini vurğulayıb.  Mazin Bin İbrahım Əl-Kahmus isə, Səudiyyə Ərəbistanının korrupsiyaya qarşı mübarizədə həyata keçirdiyi ardıcıl tədbirlər və hüquqi mexanizmlərin gücləndirilməsinə önəm verdiyini qeyd edib.

O, beynəlxalq əməkdaşlıq, xüsusilə GLOBE Şəbəkəsi çərçivəsində təcrübə və məlumat mübadiləsinə açıq olduqlarını və bu istiqamətdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. 

Görüşün ardından, qonaqlar Baş Prokurorluğun Tarix Muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş guşə ilə tanış olub və Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu əks etdirən eksponatları izləyiblər. 

Görüşdə, həmçinin Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli də iştirak edib.

FOTOLAR

BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin onuncu görüşü keçirilir — 1
BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin onuncu görüşü keçirilir — 2
BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin onuncu görüşü keçirilir — 3
BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin onuncu görüşü keçirilir — 4
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər